Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Bakının bütün şərtləri qəbul edilib: Prezidentin köməkçisi


"Bakının bütün şərtləri qəbul edilib: Prezidentin köməkçisi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Bakının bütün şərtləri qəbul edilib: Prezidentin köməkçisi

Hazırda Azərbaycan ərazilərində qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədən çıxarılmasının mexanizmləri hazırlanır.

Xeberoxu.Az
xəbər verir ki, bunu Qardaş Türkiyənin “Haber Global” telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin ixtiyarında olan silah və texnika Azərbaycana təhvil veriləcək.  

“Hazırda işlək bir hərbi mexanizm hazırlanır. Bu, qeyri-qanuni silahlı dəstələrin öz mövqelərindən çıxarılmasını, silahı yerə qoymalarını və bu kimi digər aspektləri əhatə edir”, - deyə Prezidentin köməkçisi bəyan edib.

O xatırladıb ki, Azərbaycan tərəfi əvvəllər bir neçə dəfə separatçıları danışıqlara dəvət etsə də, rədd cavabı alıb. Buna baxmayaraq, sonda Bakının bütün şərtləri qəbul edilib.

Son Xəbərlər