Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır


Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır

Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır.

Xeberoxu.Az xəbər verir ki, bu barədə "Report"a Belçikanın diplomatik nümayəndəliyindən Azərbaycanın Laçın BCP-də saxlanılan erməni futbolçuların cinayət təqibinin dayandırılması ilə bağlı humanitar qərarını şərh edərkən bildiriblər.

“Belçikanın Bakıdakı Səfirliyi Qarabağda gərginliyin azaldılması, yerlərdə humanitar vəziyyətin yumşaldılması və qarşılıqlı etimad mühitinin yaradılmasına töhfə verən bütün təşəbbüsləri alqışlayır.  Səfirlik Ermənistan və Azərbaycan arasında başlanmış sülh prosesini dəstəklədiyini bir daha bəyan edir”, - deyə diplomatik missiya qeyd edib.

Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətmək ərəfəsində erməni futbolçular Laçın BCP-də həbs edilib.  Lakin sonradan humanizm prinsipini tətbiq edən Azərbaycan bu cinayət təqibini dayandırdı.  Belə ki, onlar 10 sutka müddətinə inzibati həbs ediliblər.  Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

Son Xəbərlər