Gündəlik məzənnə

1 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

CAR ölkəmizdə konsulluq açacaq


CAR ölkəmizdə konsulluq açacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

CAR ölkəmizdə konsulluq açacaq

"Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Xeberoxu.Az xəbər verir ki, bu barədə CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Xanım səfir CAR-ın Bakıda fəaliyyətə başlayacaq konsulluq fəaliyyətinin Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Son Xəbərlər