Gündəlik məzənnə

20 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ceyhun Bayramov: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur və bərpa edir"


Ceyhun Bayramov: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur və bərpa edir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ceyhun Bayramov: "Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur və bərpa edir"

"Bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur və bərpa edir".

Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov mayın 6-da keçirilən "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ulu Öndərin ən böyük arzusu torpaqların işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi: “Ümummilli Lider hər zaman torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını əminliklə bildirirdi. Bu missiya Ulu Öndər irsinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. 30 ilə yaxın müddətdə Ermənistan işğalına məruz qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, eyni zamanda çox böyük mənəvi əhəmiyyət daşıyırdı.
Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir".

Son Xəbərlər