Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ceyhun Bayramov Əlcəzairli həmkarı ilə görüşüb


Ceyhun Bayramov Əlcəzairli həmkarı ilə görüşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ceyhun Bayramov Əlcəzairli həmkarı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Xeberoxu.Az
bu barədə XİN-in yaydığı məlumata istinadən xəbər verir.

Görüş zamanı iki ölkə arasında ümumi tarixi, dini və mədəni köklərə əsaslanan əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb, eləcə də ikitərəfli müstəvidə siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafının vacibliyi, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib.

C.Bayramov həmkarını Əlcəzairin 2024-2025-ci illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarının məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.

Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah işinin aparıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib. Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.

Görüş zamanı müqabil tərəf Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Son Xəbərlər