Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

CHP-nin yeni liderinin PKK sirri – Türkiyəni hansı sensasion hadisə gözləyir?


CHP-nin yeni liderinin PKK sirri – Türkiyəni hansı sensasion hadisə gözləyir?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

CHP-nin yeni liderinin PKK sirri – Türkiyəni hansı sensasion hadisə gözləyir?

CHP-nin yeni liderinin PKK sirri – Türkiyəni hansı sensasion hadisə gözləyir?

Xeberoxu.Az xəbər verir ki, CHP-yə 13 il sədrlik edən Kamal Kılıçdaroğlunun erası başa çatdı. Onu 49 yaşlı Özgür Özəl əvəzlədi.

Bay bay Kemal

Kılıçdaroğlu CHP tarixinin ən mübahisəli və səriştəsiz sədri oldu. Ümumiyyətlə, K.Kılıçdaroğlu 13 illik sədrlik müddətində CHP-yə prezident və parlament seçkilərində qələbə qazandıra bilmədi. Halbuki onun son prezident seçkisində qələbə üçün ciddi şansları var idi.

Müxalifət blokunun israrlarına baxmayaraq, K.Kılıçdarğlu İstanbul və ya Ankara bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyini irəli sürmədi. Hətta K.Kılıçdaroğlunun prezident seçkilərinə özünün qatılması AKP-nin seçkilərdə daha rahat qələbə qazanmasına gətirib çıxardı.

Kılıçdaroğlu sələfi Dəniz Baykaldan sonra CHP-nin ənənəvi partiya siyasi xəttində də dəyişiklik etdi. Xüsusilə CHP-nin HDP ilə yaxınlaşması, seçkilərdə koalisiyaya getməsi, parlamentdə əlavə mandat sözü verməsi partiyanın bir çox sadiq dəstəkçisini məyus etdi. Təsadüfi deyil ki, məyus olan seçicilər CHP-ni dəstəkləmədiyi kimi, seçkilərdə səsvermə hüququndan istifadə etmədi. Bu da nəticədə CHP-nin nəticələrinə təsir etdi.

Betərin betəri

13 illik K.Kılıçdaroğlu sədrliyi bitsə də, CHP üçün daha pis günlərin qarşıda olduğunu demək olar. Əvvəlcə onu deyim ki, hazırda CHP daxilində ciddi şəkildə fikir ayrılıqları var. Bu fikir ayrılıqları, mövqe fərqlilikləri özünü partiyanın sədr seçkilərində şəkildə göstərdi.

Belə ki, Ö.Özəl 812 səs toplayaraq CHP-nin yeni sədri oldu. Kamal Kılıçdaroğlu 536 səs toplayıb. Aradakı səs fərqi çox olmadığı kimi, CHP daxilindəki fikir ayrılıqlarının hansı həddə olduğunu göstərir.

Ö.Özəl CHP daxilində sədrliyini möhkəmlətmək istəyirsə, Kılıçdaroğlunun kadrlarını və onu dəstəkləyənləri zərərsizləşdirməli olduğunu yaxşı bilir. Bunun üçün ya həmin şəxsləri tərəfinə çəkməli, ya da partiyadan uzaqlaşdırmalıdır. Lakin böyük ehtimalla bunu radikal formada deyil, tədricən edəcək. Çünki qarşıdan Ö.Özəlin ilk sınağı olan bələdiyyə seçkiləri gəlir.

O, partiyasını gələn ilin martında baş tutacaq bələdiyyə seçkilərinə hazırlamalıdır. Hədəf isə Ankara, İstanbul bələdiyyələri başda olmaqla qələbə qazanılan mövcud yerləri qoruyub yeni şəhərlərdə qələbə qazanmaqdır. Özəl böyük ehtimalla bu sınaqdan üzü ağ çıxacaq, lakin Kılıçdaroğlunun kadrlarından da canını qurtarmağa çalışacaq.

Öcalana azadlıq?

Özəlin də Kılıçdaroğlu kimi HDP-yə münasibəti loyaldır. Misal üçün, CHP millət vəkili kimi Özəl sosial uzlaşma ilə bağlı təkliflər verib. O, kənd mühafizəsinin ləğvini istəyib. Halbuki, kənd mühafizəsi PKK-nın qorxulu yuxusuna çevrilib və kəndlərdə terror təşkilatının sosial dayaq əldə etməsinin qarşısını böyük ölçüdə alıb. Bundan başqa, o, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzasının pul cəriməsi ilə əvəzlənməsini təklif edib.

Ö.Özəl ilə bağlı bəlkə də ən mübahisəli məqam onun PKK lideri Abdullah Öcalanı sərbəst buraxacağını “deməsidir”. Sonradan bunun yalan olduğunu desə də, sözügedən məsələ siyasi kariyerasına qara ləkə kimi düşüb.

Nəticə etibarilə Ö.Özəl liderliyində CHP-ni daha çətin və xaoslu günlər gözləyir. Uzun müddətdir partiya daxilində yaranan çatlar onun sədrliyində parçalanmaya gətirib çıxara bilər. Yəni CHP də MHP kimi parçalana bilər.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər