Gündəlik məzənnə

9 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

DEPUTAT: "Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir"


DEPUTAT: "Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

DEPUTAT: "Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir"

Prezident cənab İlham Əliyev ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə sıx siyası, iqtisadi əməkdaşlığa böyük üstünlük verir. Ölkə başçımızın Türk Dövlətləri Təşkilatının yaradılmasında da böyük əməyi olmuşdur. Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri durmadan inkişaf etdirir. Türkdilli dövlətlər də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin qurulmasına böyük maraq göstərir.

Bu sözləri Xeberoxu.Az-a açıqlamasında Azərbaycan Parlamentinin üzvü Kamilə Əliyeva bildirib.

Milli Məclisin deputatı K.Əliyevanın sözlərinə görə, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki dövlət arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının nümunəsidir.

"Prezident cənab İlham Əliyev  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr və yaxın gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlər barədə mətbuata bəyanatla çıxış etdi. Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birinə siyasi dəstək nümayiş etdirir. İki ölkə arasında nəqliyyat, energetika, qarşılıqlı iqtisadi əlaqələr, eləcə də humanitar sahədə birgə əməkdaşlığın gələcək inkişaf yolları da müzakirə olundu".

Millət vəkilinin fikrincə, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması ölkələrimiz arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının, eləcə də gündəliyin kifayət qədər geniş olması əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

"Enerji sahəsində iki ölkənin şirkətləri qarşılıqlı fəaliyyət göstərir, eləcə də iki ölkə arasında nəqliyyat-loqistika sahəsində yükdaşımaların artırılmasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. Mədəniyyət sahəsində də əməkdaşlıq çərçivəsində Azərbaycanda Özbək Mədəniyyət Günlərinin keçirilməsi insanlarımızda böyük marağa səbəb olmuşdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məktəb binasının tikilməsi və özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıması dövlətlərimizin və xalqlarımızın bir birinə sıx tellərlə balıllğının sübutudur. Görüş zamanı iki dövlət arasında iqtisadi, siyasi, mədəniyyət, humanitar sahələri əhatə edən çox sayda sənəd imzalamışdır".

Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlərin tarixindən bəhs edən professor K.Əliyeva vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və Özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir.

"Bakıda İçərişəhərdə XV-ci əsrə aid Buxara karvansarayı Mərkəzi
Asiyadan gələn tacirlər tərəfindən tikilmişdir. XVI-XVII  əsrlərdə yaşamış Qarabağdan olan dahi azərbaycanlı  filosof, şair, din xadimi Yusif ibn Məhəmmədcan Qarabağlının qəbri Səmərqənd şəhərində yerləşir. Bu gün Özbəkistanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai - siyasi həyatında mühüm rol oynayır. Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda Ermənistan, Ermənistanda Özbəkistan səfirliyinin açılmaması Azərbaycanla Özbəkistan arasında dostluğa, qardaşlığa sadiqliyin nümunəsidir. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri zamanı  "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanmışdır".

Milli Məclisin üzvü Kamilə Əliyeva onu da əlavə edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevlə işğaldan azad olunmuş ərazilərə səfər etməsi ölkələrimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin daimi və əbədi olacağına xidmət edir.

Xeberoxu.Az

Son Xəbərlər