Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dərin quyuya düşən 87 yaşlı qadının xilas edilməsinin görüntüləri - VİDEO


Dərin quyuya düşən 87 yaşlı qadının xilas edilməsinin görüntüləri - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dərin quyuya düşən 87 yaşlı qadının xilas edilməsinin görüntüləri - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Xəbəroxu.Az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Son Xəbərlər