Gündəlik məzənnə

7 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dünya liderlərindən Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir


Dünya liderlərindən Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dünya liderlərindən Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir


Dünya liderlərindən 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklər gəlməkdə davam edir.


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Bu barədə President.az xəbər verir.


Məktubda deyilir:


“Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.


Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.


Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk”.


Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Azərbaycan Prezidentini təbrik edib.


Məktubda
deyilir:


“Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.


Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram”.


Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə də Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb.


Məktubda
deyilir:


“Hörmətli cənab Prezident!


Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.


Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.


Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.


Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.



Son Xəbərlər