Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Əhalinin 71%-i Qarabağda hərbi əməliyyatların keçirilməsinə "bəli" deyib


Əhalinin 71%-i Qarabağda hərbi əməliyyatların keçirilməsinə "bəli" deyib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Əhalinin 71%-i Qarabağda hərbi əməliyyatların keçirilməsinə "bəli" deyib

Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, vətəndaşlar arasında rəy sorğusu keçirib.

Xeberoxu.Az
xəbər verir ki, ictimai rəyi öyrənmək məqsədilə respondentlərə ünvanlanan “Sizcə, Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?” sualına iştirakçıların mühüm hissəsi - 71.3%-i “bəli” cavabını verib.

Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib. Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Nəticələri ötən ilin müxtəlif dövrləri üzrə müqayisə etdikdə, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.

Sentyabr ayında Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 85.0% təşkil etmişdi. 9.5% respondent yeni hərbi əməliyyatları dəstəkləməmişdi. 5.5%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.

Rəy sorğusunun dekabr ayı üzrə göstəricilərində yeni hərbi əməliyyatların keçirilməsinə respondentlərin 48.0%-i dəstəyini ifadə etmişdi. Onların 39.6%-i yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı əks mövqeyini ifadə etmişdi. 12.4%-i bu sualla bağlı rəyini ifadə etməkdə çətinlik çəkmişdi.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Son Xəbərlər