Gündəlik məzənnə

15 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu


Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu

Ermənistanlı deputat Hovik Ağazaryan Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Xəbəroxu.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, erməni deputat bu haqda sosial şəbəkədə paylaşım edib.

“Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm”, - deyə qeyd edib.

Deputatın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb, bu etiraf ona baha başa gəlib. Belə ki, ermənilər növbəti dəfə öz dözümsüzlüyünü, barbarlığını nümayiş etdiriblər. Paylaşımının rəy hissəsində deputatın ünvanına olduqca kəskin tənqid və təhqirlər yazıblar.

Son Xəbərlər