Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Heydər Əliyevin ikinci arzusu Türk Dövlətləri Təşkilatının qurulması idi"- Hulusi Kılıç


"Heydər Əliyevin ikinci arzusu Türk Dövlətləri Təşkilatının qurulması idi"- Hulusi Kılıç
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Heydər Əliyevin ikinci arzusu Türk Dövlətləri Təşkilatının qurulması idi"- Hulusi Kılıç

Ulu Öndər Heydər Əliyev Türk dünyasının dahi övladlarındandır, Azərbaycanın qurucusu, lideridir. O, eyni zamanda, bütün Türk dünyasının da lideridir. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurulmasında böyük rol oynayıb. Biz Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman yad edirik.

Xeberoxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ilk əlaqələrinin məhz Türkiyə ilə qurulduğunu bildirən H.Kılıç deyib:

“Ulu Öndər Heydər Əliyev dəfələrlə Türkiyəyə gedib, türk iş adamlarını Azərbaycana dəvət edib. Onun iki arzusu var idi. Bunlardan birincisi, Qarabağın azad olması, ikincisi isə Türk Dövlətləri Təşkilatının qurulması idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağımızı azad etdi, atasının vəsiyyətini yerinə yetirdi. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı quruldu. Təşkilatın təməli 2009-cu ildə Naxçıvanda atılıb. Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycanın və Türkiyənin rolu çox böyükdür”,- deyə o qeyd edib.

Son Xəbərlər