Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"İstənilən halda azərbaycanlılara qarşı cinayət törədən hər bir erməni cəzasını alacaq": Deputat Naqif Həmzəyev


"İstənilən halda azərbaycanlılara qarşı cinayət törədən hər bir erməni cəzasını alacaq": Deputat Naqif Həmzəyev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"İstənilən halda azərbaycanlılara qarşı cinayət törədən hər bir erməni cəzasını alacaq": Deputat Naqif Həmzəyev

Çox təəssüf ki, separatçılar yeni oyunun içərisindədirlər. Ermənistan hakimiyyəti son zamanlarda havadarlarının da dəstəyi ilə, tamamilə fərqli ritorika sərgiləyərək, səmimi olmadıqlarını və danışıq prosesindən uzaqlaşdıqlarını göstərirlər. Bununla da yeni böyük təxribatlara hazırlaşırlar və belə bir ərəfədə dezinformasiyalar yayaraq Azərbaycana qərbin təzyiqini artırmaq niyyətindədirlər.

Bu sözləri Xeberoxu.Az-a Parlamentin üzvü Naqif Həmzəyev açıqlayıb.

Milli Məclisin deputatı N.Həmzəyev bildirib ki, Ermənistan tərəfinin Laçın yolu üzərində yaratdıqları şou iflasa uğrayıb.

"Xankəndində ərzaq "böhran"ının olması da heç kəs tərəfindən inandırıcı deyil, çünki onlar təklif edilən Ağdam-Xankəndi yolundan istifadə etməkdən imtina etmişdilər, Azərbaycan tərəfinin göndərdiyi humanitar ərzaq yardımını qəbul etməyiblər və hələ də Azərbaycanın göndərdiyi humanitar yüklər Ağdam-Xankəndi yolunda gözləyir. Bununla yanaşı, üç gün bundan əvvəl Rusiyadan Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə göndərilməsi planlaşdırılan yükün də göndərilməsinə maneçilik göstərilirdi. Ancaq Ermənistan tərəfi gördü ki, sərgilədiyi mövqe heç də ədalətli deyil və nəticədə özlərini çətin vəziyyətə salırlar. Çünki, onlar humanitar böhrandan bəhs edirlər və bu tərəfdən isə göndərilmiş humanitar yükü qəbul etmirlər. Ancaq Azərbaycan tərəfi öz istəyinə çatdı, artıq Rusiyadan göndərilmiş ilk humanitar yardım tırı Xankəndinə çatıb, bu da Azərbaycan tərəfinin uğuru kimi dəyərləndirilməlidir. Düşünürəm ki, mərhələli şəkildə humanitar yüklər bu yol vasitəsilə göndəriləcəkdir və belə olacağı təqdirdə, biz Xankəndinə gedən bütün kommunikasiyaları aktivləşdirəcəyik və mərhələli şəkildə əsarətdə saxlanılan erməni əsilli sakinlər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunacaqdır.

Millət vəkili həmçinin vurğulayıb ki, İrəvan zərurət yaranacağı təqdirdə Xankəndində öz sakinlərinə qarşı terror və sui-qəsdlər törədəcək.

Onlar Azərbaycan tərəfini günahkar kimi təqdim etməyə, qərbin Azərbaycana qarşı təzyiqini artırmağa çalışacaqlar. Şərti Azərbaycan-Ermənistan sərhədində böyük təxribatlara yol açacaqlar.
Bir sözlə, Ermənistan bütün çirkin əməllərə əl atacaq ki, Azərbaycan tərəfini təzyiq altında saxlasın və Azərbaycanın öz planlarını reallaşdırmasına mane olsun. İstənilən halda Azərbaycan tərəfi Ermənistanın atdığı bütün addımları əvvəlcədən hesablayır və lazımi qərarlar verir. Ən qısa zamanda istəyimizə çatacağıq. Xankəndində Azərbaycan bayrağı dalğalanacaq və erməni əsilli sakinlər Azərbaycan qanunları çərçivəsində həyatlarına davam edəcəklər. Separatçılar silahlarını yerə qoyaraq Azərbaycan ərazisini tərk edəcəklər, istənilən halda Azərbaycanlılara qarşı hərbi cinayət törətmiş bütün ermənilər, erməni quldurlar və terroristlər məsuliyyətə cəlb olunaraq, cəzalarını alacaqlar",- deyə o qeyd edib.

Çingiz Əmrahov
Xeberoxu.Az

Son Xəbərlər