Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Makron erməni faşizminin əsas himayədarlarından biridir" - Vahid Əhmədov


"Makron erməni faşizminin əsas himayədarlarından biridir" - Vahid Əhmədov
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Makron erməni faşizminin əsas himayədarlarından biridir" - Vahid Əhmədov

"Fransada Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi ilə başlayan etiraz dalğası bu ölkədə böyük qarşıdurmaya səbəb olmuşdu. Bu hadisə Fransada fərqli millətlərə qraşı etnik nifrətin və dözümsüzlüyün pik həddə çatdığını göstərir".

 Xəbəroxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının dahiləri kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı Makron hökumətinin simasını nümayiş etdirir:

"Makronun hakimiyyətə gəlişindən sonra bu kimi halların artması onun ikiüzlü siyasətindən xəbər verir. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də ondan sonrakı müddətdə Ermənistana dəstəyi əsirgəməyən, işğalçı dövlətə həmrəylik nümayiş etdirən Makron, bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Makron hökuməti erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edərək danışıqlar prosesinə ədalətli mövqe əks etdirmir. Hazırda Fransada baş verənlərlə bağlı bütün dünya bu ölkənin əhalisinə açıq dəstəyini bildirməlidir. Azərbaycan bununla bağlı qəti mövqeyini ortaya qoydu. Fransa dövləti bu cür aksiyalardan nəticə çıxarmalı, dünya ictimaiyyətində olan demokratiyanı öz ölkəsində tətbiq etməlidir".

Son Xəbərlər