Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Milli Məclis payızda nələri müzakirə edəcək?- "Qanun layihələrinin təsdiqlənməsi prosesi həyata keçiriləcək"


Milli Məclis payızda nələri müzakirə edəcək?- "Qanun layihələrinin təsdiqlənməsi prosesi həyata keçiriləcək"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Milli Məclis payızda nələri müzakirə edəcək?- "Qanun layihələrinin təsdiqlənməsi prosesi həyata keçiriləcək"

Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-da başa çatır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Ancaq bu il sentyabrın 30-u və oktyabrın 1-i qeyri-iş gününə düşdüyünə görə, iclas növbəti iş gününə (oktyabrın 2-nə) təsadüf edəcək.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov sualımıza cavabında bildirdi ki, parlamentin birinci plenar iclası oktyabrın 2-də baş tutacaq.
Milli Məclisin deputatı Aydın Hüseynov

"Sentyabrda isə iclaslar keçirilərək iş planı təsdiq olunacaq. Yəni növbəti sessiya üçün iş planları plenar iclasa təqdim olunacaq. İlk plenar iclasında iş planı təsdiq ediləcək. Qanun layihələrinin təsdiqlənməsi də həyata keçiriləcək.
Payız sessiyasında hansı məsələlərin müzakirə olunacağı iş planının təsdiqindən sonra bəlli olacaq",- deyə Millət vəkili əlavə edib.

Xeberoxu.Az

Son Xəbərlər