Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Milli Məclisin İnsan hüquqları komitəsinin iş planı təsdiqlənib


Milli Məclisin İnsan hüquqları komitəsinin iş planı təsdiqlənib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Milli Məclisin İnsan hüquqları komitəsinin iş planı təsdiqlənib

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Xeberoxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.


Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə Milli Məclisin İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, həmin iclaslarda 10 məsələ müzakirə olunub.

Komitənin sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul edilən qanun layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla birgə keçirilmiş konfranslardan, görüşlərdən və digər tədbirlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan müraciətlər komitədə araşdırılıb və müvafiq tədbirlər görülüb. Həmçinin komitə sədri və üzvləri vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar.

Gündəliyin ikinci məsələsi - İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı Zahid Oruc bildirib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı müvafiq qurumlarla görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Müzakirələrdə komitə sədri Zahid Oruc, komitə sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Elman Nəsirov, Naqif Həmzəyev, Fazil Mustafa, Hikmət Məmmədov, Jalə Əhmədova, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Tural Gəncəliyev çıxış ediblər. Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər, Azərbaycanın lokal antiterror əməliyyatlarının uğurlarını yüksək qiymətləndiriblər və gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı qənaətbəxş hesab olunub, 2023-cü il payız sessiyası üçün iş planı təsdiq edilib.

Son Xəbərlər