Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Milli Məclisin sədri G77+Çin Sammitində çıxış edib


Milli Məclisin sədri G77+Çin Sammitində çıxış edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Milli Məclisin sədri G77+Çin Sammitində çıxış edib

Azərbaycan Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiqdir. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycan region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biridir.

Xeberoxu.Az
Parlamentin yaydığı məlumata istinadla xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı deyib.

Azərbaycan hökumətinin DİM məqsəd və hədəflərini milli inkişaf planlarına və strategiyalarına daxil etdiyini bildirən parlamentin spikeri, elm, texnologiya və innovasiyaların inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm alətlər hesab olunduğunu bildirib. Sahibə Qafarova qeyd edib ki, dialoqun, həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxtərəfliliyin gücləndirilməsi hər zaman Azərbaycanın qlobal baxışının hərəkətverici qüvvəsi olub. O, qeyd edib ki, BMT Baş Assambleyasının COVID-19 üzrə xüsusi sessiyasının keçirilməsi, peyvəndlərə bərabər və universal çıxış haqqında BMT qətnamələrinin qəbul olunması Azərbaycanın əksər üzvləri inkişaf etməkdə olan ölkələrdən ibarət Qoşulmama Hərəkatında sədrliyinin mühüm nəticələrindən biridir. Ölkəmiz həmçinin 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasına dair təşəbbüslərdən sonra hazırda Qoşulmama Hərəkatının qadın platformasının yaradılması üzərində işləyir. Bu, inkişaf məqsədlərinin həyata keçirilməsinə qadınların, gənclərin və parlamentarilərin verdiyi töhfələrin təsdiqidir.

Spiker deyib ki, 2023-cü ilin sonuna qədər Qoşulmama Hərəkatı – G77 Birgə Koordinasiya Komitəsinin işinin canlandırılması Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin daha bir mühüm mərhələsi ola bilər. Bu, artan qarşılıqlı dəstəyi, birgə səyləri və inkişaf etməkdə olan ölkələrin daha yaxşı qarşılıqlı fəaliyyətini təmin edə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ölkəmizdə keçirilmiş sammit səviyyəli görüşü çərçivəsində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan parlamentin spikeri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb. Azərbaycan ilk donor kimi hər iki Qlobal Çağırış üçün 1 milyon ABŞ dolları ayırıb. Azərbaycan tərəfindən 130-dan çox ölkəyə edilən beynəlxalq yardım insan və institusional potensialın yaradılması, qabaqcıl təcrübə mübadiləsi yolu ilə yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafın dəstəklənməsinə yönəlib.

Azərbaycanın 2018-2023-cü illər ərzində əsasən G77 Qrupuna daxil olan 83 ölkədən olan tələbələrə tam ali təhsil təqaüdü verdiyini deyən Sahibə Qafarova bildirib ki, ölkəmiz Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir.

Son Xəbərlər