Gündəlik məzənnə

7 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub


Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Naxçıvanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bu gün ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.

Xeberoxu.Az
xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Son Xəbərlər