Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Parlamentin sədri Budapeşt Demoqrafik Sammitində çıxış edib


Parlamentin sədri Budapeşt Demoqrafik Sammitində çıxış edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Parlamentin sədri Budapeşt Demoqrafik Sammitində çıxış edib

Sentyabrın 14-də Macarıstanda 5-ci Budapeşt Demoqrafik Sammiti keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberoxu.Az-a bildiriblər ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova "Ailə təhlükəsizliyin açarıdır" mövzusunda keçirilən müzakirələrdə çıxışı edərək, gündəlikdəki məsələlərin aktuallığını qeyd edib, bu çərçivədə müzakirələrin faydalı olacağına, demoqrafiya və ailə problemlərinin həlli baxımından yeni ideyalar və perspektivlər yaradacağına ümid etdiyini deyib. O, Azərbaycanın ailə institutu ilə bağlı təcrübələrini Sammit iştirakçılarının diqqətinə çatdırıb, cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolunun olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə ailə siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ailə məsələləri ilə bağlı güclü qanunvericilik bazası yaradılıb. Qeyd olunub ki, ailə institutunun gücləndirilməsi və onun inkişafına dəstək hökumətimizin sosial siyasətinin mərkəzindədir. Ailə məsələlərinə kompleks yanaşma əhalimizin sürətli demoqrafik artımını təmin edib.

S.Qafarova torpaqlarımızın 30 illik işğalı, işğal dövründə törədilmiş dağıntılar, soydaşlarımızın məcburi köçkün düşməsi və Xocalı soyqırmı barədə də məlumat verib. Milli Məclisin sədri xatırladıb ki, 2020-ci ildə Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücünə həyata keçirib, ərazi bütövlüyünü bərpa edib, həmin ərazilərə Böyük Qayıdış başlayıb.

Sonda parlamentin sədri ailələrin rifahını qorumaq üçün daha çox işlərin görülməli, bu çərçivədə milli qanunvericilik, sosial siyasət və sosial proqramların hazırlanmalı olduğunu vurğulayıb.

Bildirilib ki, Macarıstanla eyni ailə dəyərlərini paylaşan ölkə kimi Azərbaycan birgə fəaliyyət və tədbirlər vasitəsilə bu əməkdaşlığa dəstək verməyə hazırdır.

Qeyd edək ki, 5-ci Budapeşt Demoqrafik Sammitində Macarıstan Prezidenti Katalin Novak, Bolqarıstan Prezidenti Rumen Radev, İtaliyanın Baş naziri Corca Meloni, Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqo və Macarıstanın Baş naziri Viktor Orban çıxış ediblər. Çıxışlarda müasir dövrdə dünyada demoqrafik transformasiyanın nəticələri, miqrasiya məsələləri, müharibə, münaqişə və böhranların əhaliyə təsiri, cəmiyyətdə ailə dəyərlərinin qorunması diqqət mərkəzində dayanıb.

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə rəğbətini ifadə edib və salamlarını ünvanlayıb. Ölkəsinin Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edən hökumət rəhbəri bildirib ki, Macarıstan Azərbaycanla birlikdə Türk Şurasının işində iştirak edir. Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu istiqamətdə fəaliyyətini qeyd edib.

O, həmçinin Azərbaycanın son illərdə həm siyasi çəkisinə görə, həm də iqtisadiyyatın inkişafına görə irəliyə doğru mühüm addımlar atdığını söyləyib.

Son Xəbərlər