Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb


Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb.
Kitabxanadan Xeberoxu.az -a bildirilib ki, altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir.
“COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır.
“Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanıb.
“E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövri mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.
Elektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.

Son Xəbərlər