Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Prezidentdən AQTA ilə bağlı FƏRMAN


Prezidentdən AQTA ilə bağlı FƏRMAN
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Prezidentdən AQTA ilə bağlı FƏRMAN

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Agentliyin Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Agentliyin yeni vəzifələri aşağıdakılardır:

ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək;

heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsini aparmaq;

heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatını həyata keçirmək;

dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy vermək.

Son Xəbərlər