Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qaçqınkom" da əcnəbi jurnalistlərlə görüş keçirilib


"Qaçqınkom" da əcnəbi jurnalistlərlə görüş keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qaçqınkom" da əcnəbi jurnalistlərlə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya, Albaniya və Gürcüstanın nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Görüşdə Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarını təmsil edən Alpaslan Duven, Albaniyanın “infowebmedia” rəqəmsal platformasının təmsilçisi Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının nümayəndəsi Avtandil Otinaşvili iştirak edib.

Bildirilib ki, səfərin məqsədi Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədilən cinayətlər barədə faktların dünyada təbliğinə dəstək olmaqdır.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqlara Ermənitsanın işğalçılıq və deportasiya siyasəti haqqında məlumat verib. Bildirilib ki, qaçqınlıq və məcburi köçkünlük problemi ilə üzləşən bir milyondan çox soydaşımız ağır çətinliklərə və məhrumiyyətələrə məruz qalıb. Prezident İlham Əliyev bu kateqoriyadan olan soydaşlarımızın problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onlara daim diqqət və qayğı göstərib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşıb.

Qeyd olunub ki, hazırda dövlətin qarşısında məcburi köçkünlərin doğma yurd-yuvalarına könüllü, təhlükəsiz və ləyaqətlə qaytarılması kimi ümdə vəzifə durur. İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, dağıdılmış şəhər və kəndlər yenidən bərpa edilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işlərinin intensiv aparılmasına baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir.

Böyük Qayıdış çərçivəsində indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 70 ailə (247 nəfər) Füzuli şəhərinə, 20 ailə (88 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən əhalinin geri qayıdışı davam edəcək.

Qonaqlara, həmçinin, Qərbi Azərbaycana qayıdış konsepsiyası haqqında ətraflı məlumat verilib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Son Xəbərlər