Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rus sülhməramlıların komandanı vəzifəsindən uzaqlaşdırılır? -Erməni mediası namizədi açıqlayıb

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsovun vəzifəsindən uzaqlaşdırılacağı deyilir.

Xeberoxu.Az məlumat verir ki, bu barədə ermənilərə məxsus teleqram kanalları informasiyalar yayır.

A.Lentsovun tezliklə Qarabağı tərk edəcəyi və əvəzinə yeni komandanın göndəriləcəyi bildirilir. 

Erməni televiziya kanalları sülhməramlıların yeni komandanı kimi general-mayor Kirill Kulakovun gətiriləcəyini iddia edir. 

Qeyd edək ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarına komandanları Rusiya Federasiyasının Müdafiə Nazirliyi təyin edir. Cari ilin aprel ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müşaviri olmuş general-polkovnik Aleksandr Lentsov sülhməramlıların komandanı təyin olunub.

Son Xəbərlər