Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ŞANTAJ: təcavüzkarlara sizin şəxsi məlumatlarınız niyə lazımdır?


ŞANTAJ: təcavüzkarlara sizin şəxsi məlumatlarınız niyə lazımdır?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ŞANTAJ: təcavüzkarlara sizin şəxsi məlumatlarınız niyə lazımdır?

İnternet istifadəsinin hər keçən gün daha da artması özü ilə yeni qorxular gətirir. 

 Xəbəroxu.Az “Kaspersky”ə istinadən xəbər verir ki, Hakerfobiya və rəqəmsal paranoya anlayışları ortaya çıxır və psixiatrlar virtual həyatın davranışımıza və sağlamlığımıza necə təsir etdiyinə dair kitablar həsr edirlər. Hər bir halda kiberfırıldaqçılara müqavimət göstərmək olar. Bunun üçün onların sizin haqqınızda məlumatları niyə oğurladıqlarını başa düşməlisiniz. Bəs niyə hakerlər məlumatlarınızı oğurlayır?

Pulunuzu oğurlamaq üçün 
Bunun üçün hakerlər ödəniş məlumatlarına giriş əldə etməlidirlər. Bank kartı məlumatlarınızı, xüsusən də CVV şifrəni hansı vebsaytlarda saxladığınıza diqqət yetirin, kartın hər iki üzünün şəkillərini telefonunuzda saxlamayın və onlayn banka daxil olmaq üçün məlumatlarınızı telefon üzərindən maliyyə təşkilatının əməkdaşlarına ötürməyin (bunu ancaq fırıldaqçılar istəyir). Eyni şey əməliyyatları təsdiqləmək üçün birdəfəlik şifrələrə da aiddir.

Sizi şantaj etmək üçün 

Əgər işə yarayacaq bir şey varsa. Bu, hamının görməyini istəmədiyiniz özəl videolar, yazışmalar və ya brauzerdəki əlfəcinlərin ekran görüntüləri ola bilər. Nəticələr oğrunun zərər vermə dərəcəsindən və başqalarının fikirlərinə münasibətinizdən asılıdır. Deepfake kimi texnologiyalar sayəsində bu gün təcavüzkarların sizi şantaj edən foto və ya video yaratmaq üçün xüsusi texniki bacarıqlara malik olmasına belə ehtiyac yoxdur.

Sizdən və ya tanışlarınızdan pul qoparmaq üçün 

Məsələn, sizin adınızdan “Salam! Min manat borc verə bilərsən? Buna həqiqətən ehtiyacım var" kimi mesajlar yayaraq. Eyni sxem tərsinə də işləyir. Odur ki, uzun müddət ünsiyyətdə olmadığınız bir şəxs sizdən sosial şəbəkədə və ya messencerdə borca pul istəyərsə, diqqətli olun. Əgər belə bir mesaj alırsınızsa, həmin şəxslə başqa kanal vasitəsilə əlaqə saxlayın və ya yalnız onun cavab verə biləcəyi sual verin. 

Bu gün səsi də saxtalaşdırmaq mümkündür. Təcavüzkarlar artıq bundan istifadə ediblər, onlar telefon zənginin köməyi ilə alman şirkətindən 220 min avro qopara biliblər. Hakerlərə cavab verən işçi həqiqətən də müdiri ilə danışdığını zənn edib.

İmtiyazlarınızdan istifadə etmək üçün 

E-poçt və sosial media hesablarından başqa, ödənişli onlayn xidmət profilləri də var. Məsələn, onlayn kinoteatrlarda və porno saytlarda. Kimsə sizin hesabınız vasitəsilə sizinlə paralel olaraq TV şoularına baxa bilər və siz bunun fərqinə varmaya bilərsiniz. Amma mühafizəçilər sizi sevdiyiniz qrupun vida konsertinə buraxmasa, bunu mütləq yadda saxlayacaqsınız. Yalnız şifrələr oğurlanmır - təcavüzkarlar İnstaqramda fəxrlə paylaşdığınız biletlərin (əsas odur ki, ştrix kodu görünsün) fotoşəkilindən istifadə edib, sizin yerinizə tədbirə də gedə bilərlər.

Şəxsiyyətinizi oğurlamaq üçün 

Bəzən hakerlər başqalarının hesablarını öz şəxsi məqsədləri üçün istifadə etmək üçün sındırırlar. Məsələn, İnstaqramda öndə gedən bir profil onlayn mağazaya çevrilə bilər, VKontakte-də abunəçiləri cəlb etməli olan bir səhifə ictimai təmsilçiliyə çevrilə bilər. Profilinizdə kənar bağlantılar meydana çıxır, təkrar paylaşımlar xəbər lentini doldurur, lakin abunəçilər hələ də bütün bunların sizin tövsiyələriniz olduğunu düşünürlər. Həmçinin, qurbanın məlumatlarından istifadə edərək, təcavüzkarlar şübhəli resurslarda qeydiyyatdan keçmək üçün saxta səhifə yarada bilərlər.

Qara bazarda məlumat satmaq 

Darknet hələ də başqalarının hesablarını almaq təklifləri ilə doludur, lakin hər il onların sayı getdikcə daha da çoxalır. Satışda böyüklər üçün saytlarda (18+) premium hesablara daxil olmaq üçün məlumat almağı təklif edən on minlərlə unikal reklam var. Təcavüzkarlar həmçinin oğurlanmış rəqəmsal şəxsiyyətləri brauzerin barmaq izləri, istifadəçi adları və şifrələri, kukiləri və bank kartı detalları ilə satırlar. Geymer hesabları da məşhurdur. Bəzi xidmətlərdə bütün ödənişli oyunlar personajların inkişafı, onların pulları və avadanlıqları ilə birgə profilə qoşulur. Avtomobildən ortaq istifadə təklif edən şirkətlərin istifadəçi hesabları da darknetə düşə bilir. 

“Çoxları əmindir ki, fırıldaqçılar adi istifadəçilərlə maraqlanmır. Onların sizə həqiqətən ehtiyacı olmaya bilər, lakin şəxsi məlumatlarınız çox vacibdir. Şəxsi məlumatlar bu gün qızıl kimi dəyərlidir və onu eyni dərəcədə diqqətlə qorumaq lazımdır. Sadə məsləhətlərdən biri - bütün hesablar üçün müxtəlif şifrələr təyin edin. Onların hamısının kifayət qədər mürəkkəb olduğundan əmin olun. Mümkünsə, bütün xidmətlərdə iki faktorlu avtorizasiyanı aktivləşdirin və məxfi faylları kompüter və ya ictimai yerlərdə qorunmayan formada saxlamayın”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir. /// lent.az 

Son Xəbərlər