Şəmkirdə 5 avtomobil tamamilə yandı
Şəmkir şəhər Cahangir Rüstəmov küçəsində yerləşən bir neçə avtomobil sexində yanğın qeydə alınıb.
Xəbəroxu.Az xəbər verir ki, nəticədə sexlərdə olan 5 avtomobil və avadanlıqlar tamamilə yanıb.
Hazırda yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.