Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Şimali Kiprlə bağlı Əliyev planı - Ərsin Tatarı Bakıya gətirən səbəblər


Şimali Kiprlə bağlı Əliyev planı - Ərsin Tatarı Bakıya gətirən səbəblər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Şimali Kiprlə bağlı Əliyev planı - Ərsin Tatarı Bakıya gətirən səbəblər



Xeberoxu.Az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar Azərbaycanda rəsmi səfərdədir. Bu onun ölkəmizə ilk səfəridir. Ə.Tatar oktyabrın 16-dək Bakıda müxtəlif tədbirlərdə iştirak edəcək. 

Ərsin Tatarın Azərbaycana səfəri kifayət qədər vacib və diqqətçəkəndir. Səfərin Azərbaycanın keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən qısa zaman sonra baş tutması, hesab edirəm, ilk diqqət çəkən məqamdır. 

Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsi və ordumuzun keçirdiyi lokal antiterror tədbirləri Dağlıq Qarabağ münaqişəsini bitirdi. Qarabağ münaqişəsi 30 ilə yaxın bir müddət idi ki, Azərbaycanın bir çox siyasi məsələdə əl-qolunu bağlayırdı. Bunlardan biri də şübhəsiz ŞKTR-nin müstəqilliyinin tanınmasıdır. 

Türkiyə ŞKTR müstəqilliyinin tanınması üçün Azərbaycana dəfələrlə müraciət etsə də rəsmi Bakı Qarabağ münaqişəsi səbəbi ilə bu istəyi icra edə bilmirdi. Bu gün isə ŞKTR müstəqilliyinin tanınması yolunda heç bir maneə yoxdur. 

Azərbaycan da öz növbəsində bu gün ŞKTR müstəqilliyini tanımaqda maraqlıdır. Təsadüfi deyil ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etdi. 

Azərbaycanın ŞKTR müstəqilliyini tanıması prinsip etibarilə beynəlxalq hüquqa zidd deyil. Məsələ ondadır ki, ŞKTR separatçı bir respublika deyil. Əksinə, onun müstəqilliyi xalqların öz müqəddəratını təyinetmə hüququ ilə uzlaşır. Faktiki olaraq Kipr adasının türk xalqı yunanlar tərəfindən etnik təmizləməyə məruz qaldıqları üçün ŞKTR-nı elan etdi. 

Azərbaycan dövlətlərin ərazi bütövlüyünə hörmət edir, lakin xalqların öz müqəddəratını təyin etməsinin də əleyhinə deyil. Bu mənada ŞKTR müstəqilliyinin tanınması yolunda heç bir problem yoxdur. Ə.Tatarın oktyabrın 16-dək Bakıda müxtəlif tədbirlərdə iştirak etməsi də bu istiqamətdə Bakı ilə mühüm danışıqların getdiyini göstərir. 

Türkiyənin indiki məqamda ŞKTR ilə bağlı üç mühüm strateji hədəfi var:

1. ŞKTR müstəqilliyinin Azərbaycan tərəfindən tanınması;

2. ŞKTR müstəqilliyinin TDT üzv ölkələr tərəfindən tanınması;

3. ŞKTR TDT-na tam hüquqlu üzv kimi qəbul edilməsi;

İndiki mərhələdə birinci strateji hədəf istiqamətində mühüm işlər görülüb və 80 faiz müsbət nəticələnə bilər. Azərbaycanın ŞKTR müstəqilliyini tanıması həm də digər iki strateji hədəfin gerçəkləşməsi üçün mühüm amildir. Yəni domino effekti yarada bilər. 

Ə.Tatarın Azərbaycana səfəri sonrası Bakının ŞKTR müstəqilliyini tanıması istiqamətində işlər daha da sürətlənəcək.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər