Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Süni zəka müharibədə necə istifadə ediləcək? -VİDEO


Süni zəka müharibədə necə istifadə ediləcək? -VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Süni zəka müharibədə necə istifadə ediləcək? -VİDEO

Amerikalı milyarder Peter Thiel-ə məxsus olan Palantir adlı şirkət eyniadlı süni zəka platformasını təqdim edib.

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən platforma GPT-4 və ya onun alternativlərinə bənzəyən böyük dil modellərinin özəl şəbəkədə işə salınması üçün nəzərdə tutulub. Palantir hərbçilərin onu müharibə şəraitində necə istifadə edə biləcəklərini sərgiləyib. Təqdim edilmiş videoda operator kəşfiyyat xarakterli dronların işə salınması, bir neçə hücum planının tərtib edilməsi və düşmənin kommunikasiya imkanlarının aradan qaldırılması strategiyalarının təşkili üçün ChatGPT tərzində olan çat-botdan istifadə edir.

Operator çat-botdan düşmən texnikasının qruplaşması barəsində ətraflı məlumatı təqdim etməyi və düşməndə hansı hərbi texnikanın ola biləcəyini proqnozlaşdırmasını istəyir. Bu məlumatları əldə edəndən sonra operator sistemdən daha keyfiyyətli fotoların əldə edilməsini istəyir. Sistem isə öz növbəsində kəşfiyyat xarakterli Reaper MQ-9 adlı dronu işə salır. Növbəti mərhələdə operator sistemdən hansı mümkün əməliyyat variantlarının olduğunu soruşur. Süni zəka əsaslı çat-bot tankın F-16, uzaq mənzilli artilleriya və ya Javelin raketi vasitəsilə məhv edilməsini təklif edir.
   Bundan əlavə olaraq sistem bu missiyanın yerinə yetirilməsi üçün yaxınlıqda yerləşən hərbi qüvvələrin lazımi sayda hərbi texnikaya sahib olub-olmadığını da söyləyir. Palantir açıq mənbə koduna sahib müxtəlif böyük dil modellərini dəstəkləyir. Şirkət bildirib ki, onun bu sistemi təhlükəsiz olacaq və onu taktiki cihazlarda işə salmaq mümkün olacaq. Sistem həm sirli məlumatları həm də real zaman ərzində əldə edilən məlumatları məsuliyyətli, qanuni və etik üsullar vasitəsilə analiz edəcək. Təqdim edilmiş videoda görmək olar ki, operator sistem çərçivəsində böyük dil modelini və süni zəkanı idarə edə biləcək.  

Son Xəbərlər