Gündəlik məzənnə

17 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Telefon yatan istifadəçinin yanında partladı - FOTO


Telefon yatan istifadəçinin yanında partladı - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Telefon yatan istifadəçinin yanında partladı - FOTO

“OnePlus 8 Pro” istifadəçilərindən biri yatarkən smartfonun partladığını bildirib. 

 Xəbəroxu.Az xəbər verir ki, istifadəçi bununla bağlı şəkilləri şəxsi sosial şəbəkə hesabında paylaşıb. 

Onun sözlərinə görə, smartfon gözləmə rejimində olarkən istifadə olunmayan və enerji doldurulmayan zaman partlayıb. 

Partlayış zamanı telefonun sahibi cihazdan təxminən 30 santimetr aralıda yatıb. Bu vaxt istilik enerjisini yastıq öz üzərinə götürüb və bunun sayəsində telefon sahibi xəsarət almayıb.

Partlayışın səbəbinin akkumulyator olduğunu anlayan smartfon sahibi texniki dəstəyə müraciət edib. Orada bildiriblər ki, partlayışa səbəb ana plataya təzyiq olunması ilə bağlıdır və o, bununla razılaşmayıb. Həmin şəxs forumda müraciət yazıb və “OnePlus”u hərtərəfli araşdırma aparmağa çağırıb.

“Bu hadisə baş verən zaman mən telefondan 1 fut aralıda yatmışdım. Ona görə də həyatım üçün ciddi təhlükə idi. Ümid edirəm ki, “OnePlus” komandasından kimsə mənə bir həll yolu tapmağa kömək edəcək”, - o bildirib.

Son Xəbərlər