Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Vaxtından əvvəl ölüm riskini iki dəfə azaldan ƏN FAYDALI QİDA


Vaxtından əvvəl ölüm riskini iki dəfə azaldan ƏN FAYDALI QİDA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Vaxtından əvvəl ölüm riskini iki dəfə azaldan ƏN FAYDALI QİDA

Həkimlər vaxtından əvvəl ölüm riskini iki dəfə azaldan ən faydalı məhsulu açıqlayıblar.

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, insan orqanizmini ciddi xəstəlik risklərindən qoruya biləcək bir sıra qidalar var.

Alimlər sağlam uzunömürlü olmağın həlledici amili düzgün qidalanma olduğunu deyib. Buna görə də, pəhrizinizə yüksək miqdarda qiymətli elementləri olan sağlam qidaları daxil etmək vacibdir. Mütəxəssislər uzunömürlülüyü müntəzəm olaraq balıq istehlakının təşviq etdiyi ilə razılaşıblar.
Vulverhempton Universitetinin tədqiqat qrupu və Böyük Britaniya, Avropa, Çin və ABŞ-dan olan alimlər tərəfindən aparılan beynəlxalq araşdırmaya görə, balıq yeyən yaşlı insanların daha uzun ömür sürdüyünü müəyyən edilib.

Təcrübə göstərib ki, həftədə ən azı iki dəfə balıq istehlak edən insanlar, son iki ildə heç vaxt balıq yeməmiş insanlarla müqayisədə, ölüm riskini 42 faiz aşağı olub.

Həkimlər balıq istehlakının ürək-damar xəstəlikləri və demans riskinin azalması ilə əlaqələndiriblər. Məsələ burasındadır ki, yağlı balıqlarda beynin normal idrak funksiyasını saxlamaq və buna görə də sağlam qocalmanı dəstəkləmək üçün lazım olan yüksək miqdarda omeqa-3 yağ turşuları var.

Bundan əlavə, omeqa-3 yağ turşuları sağlam metabolizmi dəstəkləyir, yaşlandıqca ürək-damar xəstəlikləri riskini azaldır. Balıq həm də antioksidantların, xüsusən də astaksantin zəngin mənbəyidir. Bu, hüceyrələri zərərdən qorumağa kömək edir və hətta qırışların qarşısını ala bilər.

Həkimlər qızılbalıq, sardina, skumbriya və siyənək balığını ən faydalı balıq növləri adlandırıblar. Sağlamlıq faydalarını hiss etmək üçün həftədə iki porsiya belə balıq istehlak etmək tövsiyə olunur.

Son Xəbərlər