Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

11 Azərbaycan vətəndaşı Suriyadan qaytarıldı


  • 0
11 Azərbaycan vətəndaşı Suriyadan qaytarıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

11 Azərbaycan vətəndaşı Suriyadan qaytarıldı

Mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. 

Xarici İşlər Nsazirliyindən Xəbəroxu.Az-a bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.

Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb. 

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyəyə ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. 

Daha sonra, Azərbaycanın Türkiyədəki səfirliyinin apardığı müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.

Son Xəbərlər