Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Abşeronda şəhidlərin xatirəsi anılıb


  • 0
Abşeronda şəhidlərin xatirəsi anılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Abşeronda şəhidlərin xatirəsi anılıb

Abşeron rayonunda ötən il sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına döyüşərək şəhid olan hərbi qulluqçular anılıb. Bu münasibətlə təşkil edilən tədbirdə rayon və YAP rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, müharibə iştirakçıları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, anım tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ümummilli Lideri Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyəti tərəfindən hazırlanmış və Azərbaycanın düşmən üzərində şanlı Qələbəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, uzaqgörənliyi və xalqımızın “Dəmir yumruq” ətrafından sıx birləşməsi nəticəsində şanlı Ordumuz döyüş meydanında düşmən üzərində qalib gəlib. Bu Qələbə ilə itirilmiş ərazilərimizi geri qaytaran Müzəffər Ali Baş Komandan dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın böyük qayıdışının əsasını qoyub. Azərbaycan igidlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan, şücaətdən danışan başçı respublikamızın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərildiyin və bu qayğı bundan sonra da daimi xarakter alacağın diqqətə çatdırıb.

Daha sonra şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək Vətənimizin ərazi bütövlüyün təmini, Qarabağda həyata keçirilən abadlıq quruculuq işləri və soydaşlarımızın qayıdışı xalqımızı fərəhləndirdiyin bildiriblər.

İgidlərimizin milli amal, ana Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan natiqlər dövlətimizin şəhid ailələrinin və müharibə iştirakçılarının daima yanında olduğunu, onlara böyük diqqət və qayğı göstərildiyin qeyd edərək, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Tədbir Vətənə, qələbəyə və şəhidlərimizə həsr olunan bədii proqramla davam edib.

Qeyd edək ki, rayon rəhbərliyi, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, şəhid ailələri və qazilər 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Ordumuza qarşı törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş Nicat Mikayıl oğlu Qarazadənin II Fəxri xiyabanda məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Nicat Qarazadə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətənə xidmətə görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

O cümlədən dövlətimizin başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülmüş şəhid baş leytenant Hüseyn Nəcəfzadənin il mərasimi keçirilib. Rayon rəhbərliyi onun Saray qəsəbə Şəhidlər xiyabanındakı məzarını ziyarət edib. Şəhidin döyüş yolundan danışılıb, ruhuna dualar oxunulub.

Şəhid övladları da unudulmayıb. Belə ki, 15 sentyabr - Bilik Günü ilə əlaqədar abşeronlu şəhidlərin məktəb yaşlı övladlarının hər birinin şəxsi hesablarına tədris ləvazimatlarının alınması üçün vəsait köçürülüb.

Həmçinin ölkə Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeninə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli bu il ali məktəbə daxil olması münasibətilə təbrik edilib, ona hədiyyələr təqdim olunub.

Ətrabə Rzayeva
AZƏRTAC 

Son Xəbərlər