Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ali Məhkəmə hüquqşünaslara müraciət edib


  • 0
Ali Məhkəmə hüquqşünaslara müraciət edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ali Məhkəmə hüquqşünaslara müraciət edib

Noyabrın 1-də Ali Məhkəmənin Elmi-Məsləhət Şurasının növbəti iclası keçiriləcək.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

İclasda "Cinayət mühakimə icraatında sahələrarası preyudisiya, mülki işlər üzrə icraatda çıxarılmış məhkəmə aktlarının, habelə inzibati məhkəmələrin vergi hüquqpozmalarına dair qanuni qüvvəyə minmiş qərarlarının cinayət prosesində preyudisial əhəmiyyəti, eyni bir vergi hüquqpozması ilə bağlı paralel inzibati araşdırmanın və cinayət təqibinin aparılması problemi" mövzuları üzrə müzakirələrin təşkili planlaşdırılıb.

Müzakirə ediləcək mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-Məsləhət Şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 18 oktyabr tarixədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur.
 
Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Son Xəbərlər