Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru şəhid anasını ziyarət etdi


  • 0
ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru şəhid anasını ziyarət etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru şəhid anasını ziyarət etdi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru Dr. Fərid Eyvazov şəhid anası Mətanət Nəcəfovanın evində qonaq olub.

Xəbəroxu.Az xəbər verir ki, şəhidin anası və onun ailə üzvləri ilə həmsöhbət olan Dr. Fərid Eyvazov 44 günlük Vətən müharibəsində şəhid olan zabitimiz Cəmil Nəcəfovun əziz xatirəsini yad edib, xalqın şəhidlərimizlə qürür duyduğunu diqqətə çatdırıb.

Şəhidin anası Mətanət Nəcəfova özü də ATU-nun Tədris-Terapvetik Klinikasının tibbi heyətinin üzvü, tibbi bacısı kimi fəaliyyət göstərir. M.Nəcəfova öz ailəsi adından ona göstərilən diqqət və qayğıya görə işlədiyi müəssisənin rəhbərliyinə səmimi minnətdarlığını bildirib.

Xatırladaq ki, Cəmil Nəcəfov 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 10-da Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra baş leytenant Cəmil Nəcəfov “Qarabağ” ordeni ilə, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif edilib.

Son Xəbərlər