Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Beyləqan mülkiyyətçiləri məhsul yığımına başlayıblar


  • 0
Beyləqan mülkiyyətçiləri məhsul yığımına başlayıblar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Beyləqan mülkiyyətçiləri məhsul yığımına başlayıblar

Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2023-cü ildə Beyləqan rayonunda 2740 hektarı “Azərpambıq” MMC, 3133,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 800 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla, 6673,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib.
Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçirilib. Rayonda pambıq yığımına 35 ədəd pambıqyığan kombayn, 99 ədəd traktor, 200 ədəd qoşqu cəlb ediləcək. Bu mövsüm rayon üzrə 23 min tondan çox pambıq istehsalı gözlənilir.

Son Xəbərlər