Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu formada qidalananlar tez çəki atır!


  • 0
Bu formada qidalananlar tez çəki atır!
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu formada qidalananlar tez çəki atır!

Sağlam həyat çərçivəsində daha fit bədənə sahib olmaq üçün pəhrizlərə müraciət edənlərin sayı günü-gündən artır. Ancaq tətbiq edilən ağır pəhrizlər kilo vermək əvəzinə çəki artımına səbəb olur. Bunun əvəzinə arıqlamağınıza kömək edəcək qidaları qəbul etdikdə daha sürətli arıqlaya bilərsiniz.

 Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, təbii pəhrizlə asanlıqla arıqlamaq mümkündür.

Daha sağlam həyat və sürətli arıqlamaq üçün qidalanma vərdişlərinə daxil edilməli olan qidalar bunlardır:

Qəhvəyi düyü

Düyü istehlak etmək istəyən, lakin ağ düyünün karbohidrat deposu olduğu üçün kökəlmək istəməyənlərin istehlak edə biləcəyi qəhvəyi düyünün qida dəyəri çox yüksəkdir Xüsusilə məşqdən əvvəl enerji yığmaq istəyənlər qəhvəyi düyü istehlak edə bilərlər. Yüksək lif dəyəri sayəsində maddələr mübadiləsini sürətləndirən və arıqlamağı asanlaşdıran qəhvəyi düyü həzmi də asanlaşdırır.


Qatıq

Tam bir probiotik olan qatıq, tərkibindəki vitamin və mineral dəyərlər sayəsində arıqlamaq istəyənlərin istehlak etməsi lazım olan bir qidadır. Qidalandırıcı mayelərə protein mənbəyi olan qatıq əzələlərin yaranmasına da kömək edir. Pəhriz siyahılarına daxil olan qatığı yemək vərdişlərinizə daxil etməklə asanlıqla arıqlaya bilərsiniz.

Qaynadılmış yumurta

Qaynadılmış yumurta istehlakı da protein təmin edən qidalanma növüdür. Sağlam komponentləri və protein dəyərləri sayəsində yumurta arıqlamağı və əzələ yaratmağı asanlaşdırır. Gündə 2 qaynadılmış yumurta yeməklə daha uzun müddət tox qala və asanlıqla arıqlaya bilərsiniz.

Yulaf əzməsi

Tərkibindəki lif və zülal sayəsində yulf əzməsi həm arıqlamağa, həm də məşq zamanı parçalanan əzələləri tez bir zamanda bərpa etməyə kömək edir. İdmançıların əksəriyyəti yulaf əzməsinə üstünlük versə də, daha uzun müddət tox qalmaq və daha tez arıqlamaq istəyənlər yemək vərdişlərinə bu qidanı daxil edə bilərlər.

Son Xəbərlər