Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu gün 1 İyul bakılıların günüdür


  • 0
Bu gün 1 İyul bakılıların günüdür
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu gün 1 İyul bakılıların günüdür

Hər il Azərbaycanda 1 iyul Bakılılar Günü kimi qeyd edilir.

 Xəbəroxu.Az xəbər verir ki, əlamətdar gün rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri yarı zarafat, yarı ciddi belə bir günün olduğunu vurğulayırlar.

Qeyd edək ki, Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir.

Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir.

Bakıda bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunlara XII əsr "Qız Qalası" ("Gözətçi qülləsi", "Göz qülləsi"), "Qala divarları", qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş "Şirvanşahlar sarayı" (Xan sarayı), XIV-XVI əsrlərə aid "Buxaralılar karvansarayı" və "Hindistanlılar karvansarayı", "Cümə məscidi" və başqalarını aid etmək olar.

 Xəbəroxu.Az kollektivi olaraq Bakı sakinlərini və bakılıları təbrik edirik.

Son Xəbərlər