Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu tarixlərdə maqnit qasırğası gözlənilir


  • 0
Bu tarixlərdə maqnit qasırğası gözlənilir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu tarixlərdə maqnit qasırğası gözlənilir

Günəş laboratoriya işçiləri iyulda 5 maqnit qasırğası proqnozlaşdırır. Onlardan birincisi ayın birinci günü, iyulun 1-də Yer kürəsini əhatə edəcək. Sonra iyulun 7-8-də zəif iki günlük maqnit qasırğası gözlənilir.
 
 Xəbəroxu.Az xarici mediaya istinadən xəbər verir ki, üçüncü təhlükəli dövr iyulun 12-13-də proqnozlaşdırılır. 12-də qasırğa orta, 13-də isə zəif olacaq.
 
İyulun ortalarında uzunmüddətli maqnit qasırğası gözlənilir. Ayın 16-dan 19-a kimi ardıcıl dörd gün davam edəcək və güc baxımından zəif olacaq. Ayın sonuncu zəif maqnit qasırğası iyulun 29-da gözlənilir.

Bu günlərdə ekspertlər istisnasız olaraq hər kəsə öz sağlamlığına fikir verməyi və aktivliyi azaltmağa, stressdən uzaq olmağa çalışmağı tövsiyə edir. Əksər insanlar maqnit qasırğalarına olduqca asanlıqla dözürlər, yalnız yüngül narahatlıq yaşayırlar, lakin onlar yaşlıların, xroniki xəstəlikləri olan və meteohəssas insanların sağlamlığına mənfi təsir göstərə bilər.
 
Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.
 
Qəhvə, siqaret və spirtdən imtina edin. Bol maye içmək - adi su və ya bitki çayları lazımdır.

Son Xəbərlər