Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

DYP cərimələrin artırılmasına münasibət bildirdi - VİDEO


  • 0
DYP cərimələrin artırılmasına münasibət bildirdi - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

DYP cərimələrin artırılmasına münasibət bildirdi - VİDEO

Azərbaycanda bəzi cərimələr artırılır.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Cərimələrin artırılması xəbərindən sonra sosial şəbəkələrdə bu qanunun polisin gizli fəaliyyətini daha çox artıracağı, radarlardan əlavə yeni xidmətin olduğu ilə bağlı şayiələr yayılıb.

Bu həqiqətən belədirmi, əhalinin narahatlığına əsas varmı?

Məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, narahatlığa heç bir səbəb yoxdur:

“Əvvəla, heç kim heç yerdə gizli xidmət aparmır. Aparılan xidmətin hər biri yollardadır və yollar da gizli yerlər deyil. Sadəcə olaraq qaydalara riayət etməyən insan sürət həddini aşırsa, aşdığı sürət həddinə hansı formada haqq qazandıra bilər? Pozduğu qaydaya hansı formada haqq qazandıra bilər? Biz cəmiyyət olaraq sivil müzakirələr aparmalıyıq. Müzakirələr qaydaları pozmamaq ətrafında aparılmalıdır, onu aşkarlamaq ətrafında yox”.

Mövzu ilə bağlı “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edirik:

Son Xəbərlər