Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gəncədə XIX əsrə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib


  • 0
Gəncədə XIX əsrə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gəncədə XIX əsrə aid tarixi abidədə qanunsuz təmir işlərinə cəhd edilib

Gəncə şəhərinin Atatürk prospektində yerləşən yerli əhəmiyyətli tarixi-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparılmasının qarşısı alınıb.
 
Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, 3800 nömrəli inventarla qeydiyyata alınan abidə fərdi yaşayış evi kimi istifadə olunur.

Ev sahibi rəsmi qurumlarla razılaşdırmadan təmir işləri aparmaq qərarına gəlib.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev mövzu ilə bağlı bildirib ki, məsələdən xəbər tutan kimi idarə tərəfindən dərhal lazımı tədbirlər görülüb və qanunsuz aparılan təmir işləri dayandırılıb.

Son Xəbərlər