Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Gənclər və İdman idarəsinin rəisi olmuş şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb


  • 0
Gənclər və İdman idarəsinin rəisi olmuş şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Gənclər və İdman idarəsinin rəisi olmuş şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İstintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksialarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.

Son Xəbərlər