Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Hamiləlikdə baş ağrıları, ürəkbulanma tez-tez olarsa..." - SN


  • 0
"Hamiləlikdə baş ağrıları, ürəkbulanma tez-tez olarsa..." - SN
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Hamiləlikdə baş ağrıları, ürəkbulanma tez-tez olarsa..." - SN

İlk vacib məqam antenatal (doğuşaqədər nəzarət) qulluğun düzgün şəkildə təşkil olunmasıdır.

Xəbəroxu.Az unikal-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova bildirib. Onun sözlərinə görə, antenatal qulluğun məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəni valideynliyə hazırlanmaqda kömək etməkdir:
"Ötən il respublikada “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə” yenilənmiş klinik protokol dərc olunub. Protokola uyğun olaraq, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7 dəfə həkim məsləhətindən keçməlidir. Birinci trimestrdə - ayda bir dəfə, ikinci trimestrdə - 2-3 həftədən bir, 36 həftədən doğuşa qədər - həftədə bir dəfə.

Həmçinin, hər konsultasiya zamanı müvafiq müayinələr aparılmalı, fövqəladə hal aşkar edilərsə, lazımi müdaxilələr edilməlidir. Düzgün göstərilən antenatal qulluq ilə vaxtında fəsadların qarşısını almaq olar. Bu məqsədlə tibb işçiləri, gələcək ana və tibb müəssisəsi tərəfindən düzgün yanaşma mütləqdir.

Antenatal qulluq zamanı anemiyanın vaxtında aşkarlanması üçün ən vacib olan müayinə qanın ümumi analizi hesab olunur. Çünki qan azlığı olan hamilə qadınlarda qanaxma riski olan zaman normadan çox qan itkisi ağır vəziyyət yarada bilər. Hətta son təlimatlarda anemiyası olmayan qadınlara belə anemiyanın profilaktikası məqsədilə dəmir preparatları təyin olunur.
Dəmir preparatları və fol turşusunun qəbulu müəyyən ağırlaşmaların qarşısını almaq üçün əsas məqamlardan hesab olunur. Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti, həmçinin xərçəngin qarşısının alınması üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır. Hamiləlikdən 3 ay öncə və hamiləliyin 12-ci həftəsinə qədər gələcək anaya gündəlik 400 mikroqram dozada fol turşusunun təyin olunması tövsiyə olunur. Bu, döldə sinir sisteminin inkişaf qüsurlarının qarşısını almaq üçün məsləhətdir.
Hamiləliyin normal gedişi üçün aparılan müayinələr arasında əsas yerlərdən birini sidiyin ümumi analizi tutur. Daha sonra ilk konsultasiyalar zamanı müəyyən infeksiyalar – Hepatit B, C, siflis, İİV, Rubella IgG yoxlanılmalı, uşaqlıq yolundan yaxma götürülməlidir. Yaxma analizi zamanı hansısa bakterial vaginoz, qeyri-spesifik vaginit aşkarlanarsa, gələcəkdə vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl axması kimi problemlərlə qarşılaşmamaq üçün erkən mərhələdə müalicəsi aparılmalıdır. Məhz bu müayinələrin icrası üçün qadın hamiləliyin 12-ci həftəsinə qədər mama-ginekoloqun konsultasiyasına gəlməlidir. 12 həftədən sonra baş tutan konsultasiyalarda hamiləliyin gedişatında hər hansısa dəyişikliyin olub-olmamasını aydınlaşdırmaq üçün hər ay qanın və sidiyin ümumi analizi mütləq şəkildə müayinə olunur".

Həkim deyib ki, hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq:

"Sosial-bioloji faktorlar, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir. Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidir ki, problem aşkarlanarsa müdaxilə vaxtında icra oluna bilsin.

Hamiləlik dövründə, xüsusən də II trimestrində baş ağrıları, ürəkbulanma və qusma tez-tez olduğu təqdirdə həkimə müraciət mütləqdir.

Eyni zamanda, əgər uşaqlıq yolundan sulu və qanlı ifrazat gəlirsə, qarın nahiyəsində ağrı varsa, dölün hərəkətlərində zəifləmə və yaxud da tərpəniş ümumiyyətlə hiss olunmursa, sidik ifrazında azalma, yüksək təzyiq və ətraflarda ödem müşahidə olunursa, bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır".



Son Xəbərlər