Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hava şəraiti ilə bağlı Daşkəsəndə yollarda yaranmış məhdudiyyət aradan qaldırılıb


  • 0
Hava şəraiti ilə bağlı Daşkəsəndə yollarda yaranmış məhdudiyyət aradan qaldırılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hava şəraiti ilə bağlı Daşkəsəndə yollarda yaranmış məhdudiyyət aradan qaldırılıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Xəbəroxu.Az  Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə (10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd və Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Son Xəbərlər