Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Havanın təzadlı keçməsinin səbəbi nədir? - Açıqlama


  • 0
Havanın təzadlı keçməsinin səbəbi nədir? - Açıqlama
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Havanın təzadlı keçməsinin səbəbi nədir? - Açıqlama

"İqlimşünas alimlər yüksək ehtimal ilə müxtəlif təbii fəlakətlərin artan tendensiyası barədə xəbərdarlıq edirlər, bunun səbəbi isə qlobal temperaturun artması, yerin kriosferindəki dəyişikliklərdir. Qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir".

Xəbəroxu.Az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, bu ilin yazında Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, El Nino fenomeninin aktivləşməsi proqnozlaşdırılırdı. Bu, antropogen iqlim dəyişmələri fonunda baş verən təbii hadisədir ki, bu da qlobal temperaturun artmasına səbəb olur, mövsümi yağıntıların normalarına təsir edir və atmosfer havasını daha ekstremal edir. Artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı proqnozlaşdırılır. Bu səbəbdən bölgəmizdə isti hava dalğalı dövrləri də müşahidə olunacaq.

Xatırladaq ki, cari il iyulun 3-ü meteoroloqların hesablamalarına görə, tarixdə ən isti gün kimi qeydə alınıb. Həmin gün bütün planet üzrə orta temperatur yeddi il bundan əvvəl müəyyən olunan rekordu yeniləyib.

Son Xəbərlər