Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hər zaman yuxulu, ən çox yatan 3 BÜRC


  • 0
Hər zaman yuxulu, ən çox yatan 3 BÜRC
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hər zaman yuxulu, ən çox yatan 3 BÜRC

Səbəbi bilinməsə də bəzi bürclərin yuxusuzluğa dözümü yoxdur. 12 saat yatsalar belə, yataqdan qalxmaq istəmirlər. Araşdırmalara görə, çox yatmaq və əksinə yuxusuzluğa davamlı olmaq bəzi bürclərə xas xüsusiyyətlərdir.  
 
Xəbəroxu.Az mütəxəssis astroloqlara istinadən daima yuxusu gələn, hər yerdə yuxulayan 3 bürcü sizə təqdim edir:

Tərəzi

Rahatlığına düşkün olan tərəzilər yuxunu çox sevirlər. Tənbəl olsalar da, balanslı olmağı xoşlayırlar. Səhər oyanmaq onlar üçün həmişə çətindir. Tərəzi həm də hər yerə gecikməsi ilə məşhurdur. Tərəzi ilə plan qurmağa hazırlaşırsınızsa, diqqətli olmalısınız.

Əqrəb

Hansı işə başlasalar da, bir neçə işi birlikdə həll etdikləri üçün həmişə yuxuya ehtiyac duyurlar. Çünki əqrəblərin işi heç vaxt bitməz. Yatmağı və dincəlməyi sevir. Əqrəb üçün yatmağın xüsusi vaxtı yoxdur. Hətta gündüzlər də yata bilir. Əqrəb adamları ilə plan qurarkən diqqətli olmaq lazımdır.

Xərçəng

Xərçənglər öz yataqlarında yataraq dincəlməyi xoşlayırlar. Yatıb yuxusunu alan xərçəng həm ətrafına, həm də özünə qarşı daha müsbətdir. Odur ki, yuxusuz xərçəngə yaxınlaşarkən dəyişkən əhval-ruhiyyəyə hazır olun. Xərçənglər sizi dəli edə bilər. Səhər tezdən durmağı sevməyən xərçəng adamları, adətən, gecələr əylənməyi xoşlayırlar. Xərçənglər çox vaxt işə və məktəbə gecikir. Xərçəng işçiniz varsa, ona hirslənməyin.

Son Xəbərlər