Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İmran Ağayev azadlığa buraxıldı


  • 0
İmran Ağayev azadlığa buraxıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İmran Ağayev azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

Xəbəroxu.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib. Məhkəmə Ağayevin müraciətini təmin edib və o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib.

Son Xəbərlər