Gündəlik məzənnə

8 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Kino forumu başa çatdı - FOTO


  • 0
Kino forumu başa çatdı - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Kino forumu başa çatdı - FOTO

Mərhum dövlət başçısı Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu başa çatıb.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, iki gün davam edən tədbirdə ölkənin mədəniyyət və ictimaiyyət xadimləri, xarici qonaqlar və media mənsubları iştirak edib, forum çərçivəsində Azərbaycan kinosunun bu günü və gələcəyi ilə bağlı təkliflər müzakirə olunub.

Forumun birinci günündə "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" panelində "Mədəniyyət siyasətində kinonun rolu, milli kinoda mövzu seçimi, cəmiyyətin gözləntisi və dövlət sifarişi, kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri" mövzuları, "Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri" adlı ikinci paneldə müəllif kinosunda uğur meyarları, kinofestivallar və kinofondlar - müştərək istehsal üçün zəruri platforma, satış potensialı az olan filmlər üçün dəstək" mövzuları müzakirə edilib, həll yolları səsləndirilib.
Forum ikinci günündə "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı 3-cü və "Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı 4-cü panellə işini davam etdirib. Mövzularda kino sahəsində normativ- hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsiplərinin müzakirə edilib.

Tədbirin sonunda forumun iştirakçıları və qonaqlarla xatirə fotosu çəkilib.

0-21-K-3_1682083841-min.jpeg 54.85 KB

Son Xəbərlər