Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Media nümayəndələri NDU-da


  • 0
Media nümayəndələri NDU-da
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Media nümayəndələri NDU-da

Media nümayəndələri Naxçıvan Dövlət Universitetində olub

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə muxtar respublikada səfərdə olan bir qrup media nümayəndəsi Naxçıvan Dövlət Universitetinin qonağı olub.

Xeberoxu.Az xəbər verir ki, tibb fakültəsinin fəaliyyəti ilə yaxından tanış olan qonaqlara tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültənin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyalarının qurulması haqqında geniş məlumat verilib. Media nümayəndələri fakültədə dərs prosesini izləyiblər.
Universitetin İncəsənət fakültəsi ilə tanışlıq zamanı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov qonaqlara burada mütəmadi olaraq təşkil olunan müəllim, tələbə, məzun rəssamların sərgisi barədə məlumat verib.
Sonra qonaqlar ali təhsil ocağının Diplomatiya kabinəsində rektor Elbrus İsayevlə görüşüblər. Görüş zamanı rektor qonaqlara ali təhsil müəssisəsinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından da danışaraq bildirib ki, təhsil məkanında ilk olaraq İT sahəsi üzrə nəhəng şirkət olan IBM və “Robotex Türkiyə” ilə əldə olunan əməkdaşlıq universitetin texnologiya həllərinə çıxış imkanlarının artırılması üçün mühüm addımdır. Rektor sadalanan əməkdaşlıqlarn innovasiyayönümlü layihələrin dəstəklənməsinə və inkişaf etdirilməsinə, strateji problemlərə uyğunlaşdırılmış ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Qeyd olunub ki, universitetdə uğurla fəaliyyət göstərən IELTS və SAT qeydiyyat və imtahan mərkəzləri də muxtar respublikada ingilisdilli təhsil mühitinin formalaşmasına öz töhfəsini verməkdədir.
Sonra Elbrus İsayev media nümayəndələrinin suallarını cavablandırıb.
Universitetlə tanışlıq çay süfrəsi arxasında səmimi söhbətlə başa çatıb.

Niyaz Hacıyev 

Son Xəbərlər