Gündəlik məzənnə

24 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası təsdiqləndi


  • 0
Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası təsdiqləndi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydasını təsdiq edib.

Xəbəroxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunduğu gündən 2 (iki) il sonra qüvvəyə minir.

Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Qanununun 27.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır, qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini həmin məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir.

Bu Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil olunur.

Bu Qaydanın məqsədi qida subyektlərini qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminin və prosedurlarının tətbiq edilməsini və bununla qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsini, habelə istehlakçıların (istifadəçilərin) qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsini təmin etməkdən ibarətdir.





Son Xəbərlər