Sabah hava necə olacaq?
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Xeberoxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda deyilir:
"Cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16 -19, gündüz 21 26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturu Aran rayonlarında gecə 15 -19, gündüz 22 -27 dərəcə isti, dağlarda gecə üç -8, gündüz doqquz, mənfi 14 dərəcə isti olacaq",.