Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sabaha olan hava proqnozu açıqlanıb


  • 0
Sabaha olan hava proqnozu açıqlanıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sabaha olan hava proqnozu açıqlanıb

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Xeberoxu.az
xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Çingiz Əmrahov 

Son Xəbərlər